Rusiyanın ortodoks kilsəsi İranla dini dialoqa çağırıb
Sen 02, 2018 21:33 Asia/Baku
Rusiyanın Ortodoks kilsəsinin beynəlxalq məsələlər üzrə məsul şəxsi İran İslam Respublikası ilə dini dialoqun davam etdirilməsinə çağırıb.
İRNA-nın verdiyi məlumata görə, İla Riyon bu gün İİR islami mədəniyyət və əlaqələr təşkilatının rəhbəri Əbuzər İbrahimi Türkmən ilə görüşündə qarşılıqlı dini dialoqu müsbət qiymətləndirərək deyib: İran və Rusiya bir çox ortaqlıqlara malik olmaqla dini dialoqda əlverişli təcrübələr qazanıblar.
Görüşdə Əbuzər Türkmən də İslam və Ortodoks arasında dini dialoqların təşkil olunmasına toxunaraq bu dialoqun çox təsirli olduğunu bildirib və deyib: İranda Ortodoks xristian düşüncəsi barədə ayrı-ayrı kitablar tərcümə və çap edilib.