Zərif Dəməşqdə Suriya prezidenti ilə görüşüb
İran İslam Respublikasının xarici işlər naziri Suriya rəsmiləri ilə görüşlərinin davamında bu ölkə prezidenti Bəşşar Əsəd ilə görüşüb, iki tərəfi maraqlandıran müxtəlif məsələlər barədə danışıqlar aparıb.
Məhəmməd Cavad Zərif və Bəşşar Əsəd bu görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinə və İranın Suriyanın bərpasında iştirakına təkid edilib.
Görüşdə həmçinin müqavimət cəbhəsinin terrorizm üzərindəki qələbəsinin ardınca İran və Suriya arasında əməkdaşlıqların müxtəlif sahələr o cümlədən iqtisadiyyat sahəsində genişləndirilməsinə təkid edərək, İran şirkətlərinin Suriyanın bərpasında aktiv iştirakını vurğulayıblar.
İran İslam Respublikasının xarici işlər naziri və Suriya prezidenti daha sonra iki tərəfi maraqlandıran ikitərəfli və regional məsələlər haqda da fikir mübadiləsi aparıblar.
Zərif bundan öncə Suriyanın baş naziri İmad Xəmis və xarici işlər naziri Vəlid Müəllim ilə də görüşüb, danışıqlar aparmışdı.
Məhəmməd Cavad Zərif bu gün səhər Dəməşq hava limanına daxil olduqdan sonra jurnalistlər qarşısında deyib: Müqavimət cəbhəsinin terrorçular üzərindəki qələbələrinin ardınca Suriya xalqı və dövlətinin quruculuq məsələsinə diqqət göstərməsinin zamanıdır.
Zərif bu gün Suriya rəsmiləri ilə görüşüb, danışıqlar aparmaq üçün Dəməşqə səfər edib.