Ayətullah Cənnəti nüvə anlaşması təcrübəsindən ibrətalmanın vacibliyini vurğulayıb
Rəhbərlik Xobreqanı Məclisinin sədri İranın öz öhdəliklərinə sadiq qaldığı bir halda, Amerikanın əhdə sədaqətsizliyi və nüvə anlaşmasından çıxmasına işarə edərək, deyib: Bu, Amerika ilə müzakirə təcrübəsindən ibrətalma vacibliyinin nişanəsidir.
Ayətullah Əhməd Cənnəti bu gün Rəhbərlik Xobreqanı Məclisinin beşinci dövrünün beşinci yığıncağının açılış mərasimində əlavə edib: Öz öhdəliyinə sadiq qalmayan bir kəslə müzakirə mənasızdır və avropalılar da nüvə anlaşmasının qorunması üçün diqqətəlayiq zəmanətlər təqdim etməyiblər.
Ayətullah Cənnəti sonra bildirib ki, ölkənin problemlərinin həlli üçün işləri mömin və inqilabçı gənclərə tapşırmaqdan başqa bir yol yoxdur. O, deyib: Ölkəni idarəetmə, problemlərin həll yollarının təqdmiatı və ixtiyarların verilməsi, rəhbərliyin mühüm addımlarındandır və orqanlar öz fəaliyyətlərinə cavabdeh olmalıdırlar.