Sen 06, 2018 19:33 Asia/Baku
  • Laricani: İran və Rusiya terrorizm ilə mübarizədə böyük paya malikdirlər

İran İslam Şurası Məclisinin sədri İran və Rusiyanın regionda terrorizmə qarşı mübarizədə böyük paya malik olduqlarını deyib.

İRİB-nin verdiyi məlumata görə, İran İslam Şurası Məclisinin sədri bu gün cümə axşamı Rusiyanın Volqoqrad şəhərində Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə görüşdə deyib: Sənaye sahəsində yaxşı əməkdaşlıqlar həyata keçirilib və yaxşı təkliflər də irəli sürülüb və daha artıq əməkdaşlıqlar üçün lazımı hazırlıq mövcuddur. 

Laricani əlavə edib: Xoşbəxtlikdən nəqliyyat və kənd təsərrüfatı sahəsində İran və Rusiya arasında yaxşı əməkdaşlıqlar mövcuddur. 

İran İslam Şurası Məclisinin sədri həmçinin deyib: Suriyada terrorçuların rolu başa çatmaqdadır və elə buna görə də Amerikalılar İran və Rusiyaya təzyiq göstərməyə çalışır və hər iki ölkəyə sanksiyalar tətbiq edir. 

Rusiya dövlət dumasının sədri də bu görüşdə İran və Rusiya arasında parlamentlər arası əlaqələrin genişləndirilməsinə təkid edərək, deyib: İran və Rusiya əlaqələri yüksələn xətt üzrə inkişaf etməkdədir. Önəmli olan Parlament səviyyəsində əməkdaşlıqlar üçün qanuni bazanın yaradılmasıdır. 

İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Əli Laricani İran və Rusiya Parlamentlərarası Birgə Komissiyanın iclasında iştirak etmək üçün çərşənbə günü Rusiyanın Volqoqrad şəhərinə səfər edib. 

Teqlər