Sen 07, 2018 17:06 Asia/Baku
  • İİR Suriya xalqının öz müqəddəratını müəyyənləşdirmə hüququnu vurğulayıb
    İİR Suriya xalqının öz müqəddəratını müəyyənləşdirmə hüququnu vurğulayıb

İran, Rusiya və Türkiyə prezidentlərinin Suriya böhranının həlli üzrə üçtərəfli iclasında İİR prezidenti Həsən Ruhani deyib: Suriyanın yenidən bərpa edilməsi və suriyalı didərginlərin öz ev-eşiklərinə qayıtmalarına yardım beynəlxalq ictimaiyyətin gündəliyindən olmalıdır və İran bu sahədə öz konstruktiv rolunu oynamağa hazırdır.

Ruhani Suriya böhranına son qoymaq üçün əsas məsələri açıqlayaraq, İran, Rusiya və Türkiyə arasında əməkdaşlıqların Suriyada sülhün bərpası və region və dünya səviyysəində uzun müddətli əməkdaşlıqlar üçün etimadlı təməl olduğunu bildirib. 

İİR prezidenti Suriyanın gələcəyi üçün hərhansı həll yolunda əsas rolun Suriya xalqının üzərinə düşməli olduğunu vurğulayaraq deyib: İran, Rusiya və Türkiyənin Astana prossesi çərçivəsində Suriya böhranı ilə mübarizə və bu ölkədə terrorizm ilə qarşılaşmaq üçün uğurlu səylərin davamı Suriya xalqının əksəriyyətinin istəyidir və hazırkı və gələcək müştərək tədbilrin araşdırılması üçün fürsət yaradır. 

İİR prezidenti deyib: Suriya böhranının mürəkkəbliyini nəzərə alaraq İran, Rusiya və Türkliyə ölkələrinin Suriyadakı müharibə alovlarını söndürmək üçün Suriyanın ərazi bütövlüyü və suverinliyi əsasında müştərək çərçivələrə nail olmaları xüsusi əhəmiyyət kəsb edirdi. 

Ruhani İranın Suriyadakı fəaliyyətinin bu ölkənin qanuni hökumətinin istəyi əsasında və terrorizm ilə mübarizə üçün həyata keçdiyini bildirərək deyib: Fəaliyyətin davamı da həmin əsasda olacaq. 

Teqlər