Sen 08, 2018 13:37 Asia/Baku
  • Laricani Belarus Parlamenti və Senatının sədrləri ilə görüşüb

İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Belarus ilə bütün sahələr üzrə ikitərəfli əməkdaşlıqların genişləndirilməsini istəyib.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani cümə günü Minskdə Belarus Parlamenti və Senatının sədrləri ilə birgə mətbuat konfransında iki ölkənin Parlamentlərarası Dostluq Qrupunun aktiv olmasından razılıq edib və deyib: İran və Belarus iki etibarlı şərik və iki səmimi dost ölkədir. Və bu məsələ müxtəlif zamanlarda sübuta yetirilib. 

Belarus Parlamentinin sədri Vladimir Andreiçenko da bu mətbuat konfransında İran İslam Şurası Məclisinin nümayəndə heyətinin Belarusa səfər etməsini önəmli hadisə adlandırıb və parlamentlərarası əməkdaşlıqların iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə kömək edəcəyini bildirib. 

Belarus Senatının başçısı Mixail Myasnikoviç də İran İslam Şurası Məclisinin nümayəndə heyətini salamlayaraq, deyib: Belarus İranı önəmli şərik hesab edir. 

Teqlər