Laricani: İslam dünyasının birliyi zərurət daşıyır
https://azeri.sahartv.ir/news/İran-i322532-laricani_İslam_dünyasının_birliyi_zərurət_daşıyır
İranın islami şura məclisinin sədri düşmənlərin müsəlmanlar qarşısında ixtilaf salmaq cəhdlərinə toxunaraq islam dünyasındakı siyasi və dini cərəyanlar arasında vəhdətə təkid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 12, 2018 05:10 Asia/Baku
  • Lricani: İslam dünyasının birliyi zərurət daşıyır
    Lricani: İslam dünyasının birliyi zərurət daşıyır

İranın islami şura məclisinin sədri düşmənlərin müsəlmanlar qarşısında ixtilaf salmaq cəhdlərinə toxunaraq islam dünyasındakı siyasi və dini cərəyanlar arasında vəhdətə təkid edib.

İRNA-nın verdiyi məlumata görə, Fars ostanının Laristan rayonunda səfərdə olan Əli Laricani dünən gecə bu rayonun şiə və sünni alimləri ilə görüşündə deyib: Bu gün islam dünyasında siyasi və dini cərəyanlar arasında vəhdət zərurətdir və vəhdətin əsas istiqamətləri diqqətdə saxlanılmalıdır. 

Laricani ABŞ prezidentinin beynəlxalq səviyyədə vəziyyəti qarışdırdığını bildirərək deyib: Amerikanın ƏMTP-dən birtərəfli şəkildə çıxmasından sonra Avropa başçıları İrandan bu hərəkətə dərhal reaksiya verməməsini istədilər və İranın bu razılaşmadan faydalanması üçün lazımı tədbirlərin görüləcəyini qeyd etdilər. 

İranın islami şura məclisinin sədri İranın müdafiə gücünə toxunaraq deyib: İraqın bəs rejiminin İrana qarşı 8 illik müharibəsində İran İslam Respublikasına heç bir ölkə silah satmırdı amma İran raket istehsalına başladı və bu gün raket İranın güclü nöqtəsi olub. 

Laricani həmçinin İranın terrorçu İŞİD qrupu qarşısında ayıq olmasaydı bu qrup regionun təhlükəsizliyini poza biləcəyini xatırladaraq deyib: Region təhlükəsiz olmazsa iqtisadi və ticarət fəaliyyətləri eləcə də insanların normal həyatı pozular.