İraqçı: İran, Hindistan və Əfqanıstan əməkdaşlıqları nümunəvidir
İranın xarici işlər nazirinin müavini Seyid Abbas İraqçı İran, Hindistan və Əfqanıstan arasında Çabahardakı əməkdaşlıqların region səviyyəsində sinergiya nümunəsidir.
İRNA-nın verdiyi məlumata görə, Hindistan, Əfqanıstan və İranın xarici işlər nazirlərinin müavinlərinin üçtərəfli iclasında iştirak üçün Əfqanıstan paytaxtı Kabildə səfərdə olan seyid Abbas İraqçı dünən gecə müxbirlərə açıqlamasında İran və Hindistanın iqtisadi, siyasi və təhlükəsizlik baxımından Əfqanıstan təsirli ölkələr olduğunu bildirərək deyib: Üçtərəfli əməkdaşlıq Əfqanıstan və regionda slüh və sabitliyə öz töhfəsini verə bilər.
İraqçı İran heyətinin 5 işçi iclasında müzakirə olunmuş mövzulara toxunaraq deyib: Üç ölkənin heyətləri nəqliyyat sektorunda, Çabahar limanında, mədənlərin istismarında, investisiya, bank əməkdaşlıqları, ticarətdə müştərək əməkdaşlıqları müzakirə etdilər.
İranın xarici işlər nazirinin müavini Çabahar limanının iqtisadi layihəsi barədə deyib: Hindistanlılar bu limana xüsusi diqqət ayırıblar və onun inkişaf layihəsində ciddi iştirak edir, investisiya həyata keçiriblər.
İraqçı Hinsitan, İran və Əfqanıstan arasında üçtərəfli əməkdaşlıq layihəsi də Çabahar əsasında hazırlanıb və Əfqanıstan da bu layihəni müsbət qarşılayıb. ona görə ki, bu ölkənin azad sulara qovuşması üçün ən yaxın və ən sərfəli və təhlükəsiz yoldur.
Seyid Abbas İraqçı təhlükəsizlik mövzusunu bu iclasda üç ölkənin nümayəndələrinin həmçinin təhlükəsizlik mövzusunu da müzakirə etdiklərini bildirərək terrorçuların fəaliyyəti İŞİD-in hərəkətləri və onlarla qarşılaşmaq yollarının əsas müzakirə predmetlərini təşkil etdiyini deyib.
İraqçı narkotik maddələr probleminin üç ölkə arasında bu fenomen ilə mübarizə sahəsində müştərək əməkdaşlıqları labüd etdiyini bildirərək, bu mövzunun da təhlükəsizlik müzakirələrində araşdırıldığını deyib.