Ruhani: Amerika ən pis şəraitdədir
İran İslam Respublikası prezidenti regionda bəzi məlum rejimlərdən başqa kimsənin Amerikanı müşayiət etmədiyini bildirərək deyib: Bu gün Amerika dünyada ən pis şəraitdədir.
Həsən Ruhani nazirlər kabinetinin iclasında etdiyi çıxışında deyib: Bu gün Amerikanın müttəfiqləri onun kənarında durmurlar, Amerikanın ənənəvi müttəfiqləri belə ondan uzaqlaşıblar və uzaqlaşdıqlarına öyünürlər.
Ruhani deyib: Hətta Birləşmiş Millətlər Təşkilatı, BMT-nin təhsil təşkilaıt olan UNESCO, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Beynəlxalq Cinayət Məhkəməsi kimi qurumlar belə Amerikanın siyasətləri ilə razılaşmırlar.
İİR prezidenti həmçinin ABŞ-dakı daxili durumun ötən illərdəkindən fərqləndiyini və bu gün Amerikanın öz tarixinin ən ağır dövrlərindən birini yaşadığını bildirərək deyib: Bu gün Amerikada Ağ ev başşıları ilə razılaşan ziyalıların sayı son dərəcə azdır və onların bəziləri hətta açıq-aşkar şəkildə Ağ ev başçılarını əbləh adlandırırlar. Bu Amerika tarixində misli az görünmüş hadisədir.
Ruhani İranın bu gün Tarixin təcavüzkarları qarşısında açıq-aşkar müharibədə olduğunu bildirərək deyib: İran xalqı bu qarşıdurmanın qəti qalibi olacaq.