Sen 19, 2018 13:02 Asia/Baku
  • Salehi çinli həmkarı ilə görüşüb
    Salehi çinli həmkarı ilə görüşüb

İranın Atom Enerjisi Təşkilatının sədri Vyanada Çinin Atom Enerjisi təşkilatının sədri ilə görüşündə Əhatəli Müştərək Təşəbbüs Proqramına dəstəyin Amerikanın birtərəfli siyasəti ilə qarşılaşmaq strategiyası olduğunu bildirib.

İRİB-in verdiyi məlumata görə, Əli Əkbər Salehi bu gün Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentlyin 62-ci konfransının kənarında Janq Kician ilə görüşündə  iki ölkə əlaqələrinin tarixi keçmişinə toxunaraq ABŞ-ın nüvə sazişindən çıxmasından sonra Tehran-Pekin əməkdaşlıqlarının nüvə sahələrində genişlənməsindən məmnunluq ifadə edib.

Salehi ƏMTP çərçivəsində iki ölkə arasında əlaqələrin inkişafı sahəsində müsbət addımları xatırladaraq Ərak ağır su tədqiqat reaktorunun yenidən bərpası layihəsini ƏMTP-nin çoxtərəfli layihəsi olduğunu və bu layihənin inkişafının böyük əhəmiyyət kəsb etdiyini bildirib. 

Görüşdə Janq Kician da iki ölkə əlaqələrinin strateji əhəmiyyət daşıdığını bildirib və iki ölkə prezidentlərinin görüşləri və əlaqələrin inkişafına təkidlərinin böyük əhəmiyyətini vurğulayıb. 

Çin Atom Enerjisi Təşkilatının sədri Pekin-Tehran əlaqələrinin ticarət və enerji sahəsindəki inkişafını yüksək qiymətləndirərək Çinin ƏMTP-ni himayəsinə təkid edib. 

İranın Atom Enerjisi Təşkilaıtnın sədri Əli Əkbər Salehi AEBA-nın 62-ci iclasında iştirak üçün Avstriya paytaxtı Vyanada səfərdədir. 

Teqlər