Sen 20, 2018 09:46 Asia/Baku
  • Aşura gecəsi Rəzəvi hərəmində xütə oxumaq mərasimi keçirilib

Məhərrəm ayının 10-u axşamında Rəzəvi hərəminin rəhbərliyi, idarə heyətinin üzvləri, alimlər və xadimlərin iştirakı ilə İmam Rza(ə)-ın hərəminin İslam İnqilabı zalında xütbə oxumaq mərasimi keçirilib.

Xütbə oxumaq ayini 1160-cı ildə Xorasanın hakimi olmuş Əlişahın vəqfnaməsinə əsasən hər il Aşura axşamında keçirilir. 

Çərşənbə günü axşam keçirilən bu mərasimdə, axşam namazı qılındıqdan sonra, Rəzəvi hərəminin xadimləri əllərində yanar şamlar ilə Rəzəvi Hərəminin İslam İnqilabı zalına daxil olub, İmam Rzanın(ə) məqamına hörmət olaraq, sıra ilə divar boyunca düzləniblər. 

Rəzəvi hərəminin rəhbərliyi xütbə oxumaq mərasimində İmam Hüseynin(ə) şəhadəti münasibətilə başsağlığı verib və deyib: Aşura bəşəriyyət tarixində dönüş nöqtəsi sayılır. Əgər Aşura olmasaydı, dinin quru adından başqa bir şeyi qalmazdı. 

Cümə axşamı 1440-ci hicri qəməri ili məhərrəm ayının onu, Hüseyn Aşurasına təsadüf edir. 

Hicrətin 61-ci ilində məhərrəm ayının 10-unda İmam Hüseyn(ə) 57 yaşında Kərbəlada şəhid edilir. 

Teqlər