İran matəm içindədir
Aşuranın gəlib çatması ilə İranın hər bir yerində Hüseyn əzadarlıqları mərasimləri keçirilir.
Aşura günündə məscidlər, hüseyniyələr və mağarlara axın edən insanlar sinə və zəncir vuran dəstələr təşkil edərək, Kərbəla şəhidləri üçün əzadarlıq edirlər.
Yaşından və ictimai mövqeyindən asılı olmayaraq Hüseyn(ə) üçün əzadarlıq edən insanlar bu dəstələrə qatılaraq, başlarına və sinələrinə vururlar.
Kərbəlada yaşanan müsibətin qəmində göz yaşı axıdan insanlar zülmə tabe olmayacaqlarını fəryad edərək, Aşura mərasiminin əzəmətli keçirilməsinə çalışırlar.
Əzadarlıq dəstələri günün ilk saatlarından başlayaraq, zəncir vurur, növhə oxuyur, sinə vurur və Kərbəla şəhidlərinin qəmində əzadarlıq edirlər.
BU gün cümə axşamı 1440-cı hicri qəməri ili məhərrəm ayının 10-u Hüseyn Aşurasıdır.
Hicrətin 61-ci ilində məhərrəm ayının onunda İmam Hüseyn(ə) Kərbəlada 57 yaşında şəhid edilir.