İran prezidenti Əhvaz terror hücumu amilləri ilə qətiyyətli rəftara təkid edib
İran İslam Respublikasının prezidenti bu gün İranın daxili işlər naziri və Xuzistan valisi ilə telefon söhbətlərində Əhvaz terror hücumunun amilləri ilə qətiyyətli rəftara təkid edib.
Həsən Ruhani bu telefon söhbətlərində Əhvaz terror hücumu, bu hücumda yaralananların aşkar edilmələri və onların vəziyyətinə baxılması prosesi ilə bağlı ən yeni məlumatlarla tanış olaraq, lazımi göstərişləri verib.
İran İslam Respublikasının prezidenti həmçinin terrorçuların və onların əlaqə qollarının sürətlə aşkarlanması istiqamətində hərbi və təhlükəsizlik orqanlarının bütün imkanlarının səfərbər edilməsi, eləcə də bu cinayətlə əlaqəsi olanlar ilə qətiyyətli və ibrətamiz rəftar barədə lazımi göstərişlər verib.
Ruhani vurğulayıb: İran İslam Respublikasının ən kiçik bir təhdidə cavabı dağıdıcı olacaq, amma bu terrorçulara təbliğat və informasiya dəstəyi verən kəslər cavabdeh olmalıdırlar.
İranın silahlı qüvvələrinin Əhvazdakı paradaında tamaşaçı əhaliyə qarşı terror hücumu, düşmənlərin İranda küçə çaxnaşmaları yaratmaqdan məyus olmaları mənasındadır. Bu plan "qızmar yay" adı ilə məşhurdur və bu planın uğursuzluğu bais olubdur ki, düşmənlər bir daha terror hücumlarına və xalqın qırğın edilməsinə üz tutmuş olsunlar.