Sen 26, 2018 09:50 Asia/Baku
  • Laricani: Region mühacir terrorizm ilə üzləşib
    Laricani: Region mühacir terrorizm ilə üzləşib

İranın islami şura məclisinin sədri Tehranda Azərbaycan Respublikasının daxili işlər naziri ilə görüşündə deyib: Bu gün Orta şərq regionu mühacir terrorizm ilə üzləşib və İraq və Suriyada təzyiq altında olan terrorçular başqa yerlərə gedirlər.

İRİB-in verdiyi məlumata görə, Əli Laricani Ramil Usubov ilə görüşündə deyib: İran və Azərbaycan Respublikası sadəcə qonşu deyillər onların arasında dini ortaqlıqlar, ortaq məsələlər və çoxlu iqtisadi əməkdaşlıqlar var. 

İran parlamentinin sədri bəzi bədxahların iki ölkə əlaqələrində təxribat törətmək cəhdlərinə toxunaraq deyib: İran İslam Respublikası Azərbaycan Respublikası ilə uzun müddətli əlaqələrin inkişafı üçün aydın strategiyaya malikdir. 

Laricani bir neçə ölkənin terrorizm ilə mübarizədə qaranlıq hərəkətlər etdiklərinə toxunaraq deyib: Amerika və bəzi region ölkələri İŞİD terrorçularının Əfqanıstanda fəallaşmasına kömək edirlər. 

Görüşdə Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubov da deyib: Azərbaycan Respublikası prezidenti İlham Əliyevin siyasəti dost və qonşu ölkələrlə münasibətlərin inkişaf etdirilməsindən ibarətdir. 

Ramil Usubov İran və Azərbaycan Respublikası arasında mütəşəkkil cinayətlərlə mübarizə sahəsində əməkdaşlıqların genişlənməsinə toxunaraq deyib: Bu gün terrorizm region üçün böyük problemlər yaradıb və narkotiklərlə mübarizə də sadəcə bir ölkənin fəaliyyəti ilə effektli ola bilməz və rəsmi Bakı bu sahədə əməkdaşlıqların artırılmasını istəyir. 

 

 

Teqlər