Sen 27, 2018 19:43 Asia/Baku
  • İnqilab Rəhbəri: Müxtəlif sahələrdə mübarizə meydanı həmişə açıqdır

İslam İnqilabının Böyük Rəhbəri Müqəddəs Müdafiə həftəsi, həmçinin şəhidlər və fədakar döyüşçülərin dəyərləndirilməsi günü münasibətilə verdikləri müraciətdə vurğulayıblar: Müxtəlif sahələrdə mübarizə meydanı həmişə açıqdır və cihad zirvəsi, şəhadətdir.

Həzrət Ayətullahuluzma Xamenei bütün İranda şəhidlərin məzarlarının tozunun alınması, ətirlənməsi və çiçək yağışına bürünməsi ilə bir zamanda Vəliyyi Fəqihin Şəhid və Fədakar Döyüşçülər Fondundakı nümayəndəsi höccətulislam vəlmuslimin Şəhidi-Məhəllati tərəfindən Tehranda, Beheşte-Zəhra gülüstanında qiraət olunan bu müraciətdə əlavə ediblər: İran İslam Respublikası quruluşu üçün hər gün keçərkən, yeni üfüqlər üzə çıxarkən və bu iftixarla dolu yolun eniş-yoxuşları özünü göstərərkən şəhidlərin fədakarlıqlarının dəyəri daha artıq cilvələnir.

İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Şəhidlər öz qanları ilə bu böyük və əzəmətli tikilinin əsasını möhkəmlətdilər və yenicə boy atmış fidanı köklü və gövdəli bir ağaca çevirdilər.

Həzrət Ayətullahuluzma Xamenei söyləyiblər: Şəhidlərə hörmət etmək və onların səbirli ailələri qarşısında baş əymək bu gün və həmişə bizim üçün vacib bir məsələdir.

Teqlər