Sen 28, 2018 16:43 Asia/Baku
  • Tehranın cümə namazı xitabətçisi: Düşmənin hədəfi, xalqda ümidsizlik yaratmaqdır
    Tehranın cümə namazı xitabətçisi: Düşmənin hədəfi, xalqda ümidsizlik yaratmaqdır

Tehranın cümə namazı xitabətçisi deyib: Düşmənin geniş fitnəkarlıq və geniş miqyaslı iqtisadi-psixoloji müharibə salmaqda məqsədi, İslami İranın həmişə səhnədə hazır olan xalqında məyusluq, ümidsizlik və yorğunluq yaratmaqdır.

Ayətullah Mohəmməd Əli Movəhhedi Kermani Tehranın buhəftəki cümə namazı xütbələrində bildirib ki, İslam İnqilabı ötən qırx il ərzində Amerikanın və beynəlxalq sionizmin başçılığı altında olan zalım qüvvələr sistemi və bünövrəsini titrədibdir. O, əlavə edib: Onların müqavimət cəbhəsi qarşısındakı ağır və ardıcıl məğlubiyyətləri davam etməkdədir.

Tehranın cümə namazı xitabətçisi vurğulayıb: Əgər Amerika və sionist rejim xətaya yol verərlərsə, onların regiondakı bazaları təhlükəsiz olmayacaq və onların günü qara olacaqdır.

Ayətullah Movəhhedi Kermani düşmən üzərində qələbə yolları barədə belə qeyd edib: Daxili imkanlar, mənbələr və fürsətlərdən bəhrələnmə, həmçinin müqavimət və birlik əhval-ruhiyyəsi səbəb olacaq ki, Amerikanın sanksiyaları xalqın əzmkarlığı və iradəsində o qədər də təsirə malik olmuş olmasın.

Tehranın cümə namazı xitabətçisi həmçinin Əhvaz terror hücumunu pisləyərək, vurğulayıb: Terrorçuların məyus, pozğun və uşaqöldürən şefləri öz qarşılarında İran xalqını incitmək və ondan intiqam almaqdan başqa bir yol görmürlər.

Ayətullah Movəhhedi Kermani BMT Baş Assambleyasının son sessiyasına işarə edərək, belə qeyd edib: Zülmün sonu, süqut və məhvolmadır və Amerika prezidenti Donald Trampın ağlına gəlməzdi ki, bir gün BMT-nin Baş Assambleyasında digər ölkələrin nümayəndələrinin istehza mənbəyinə çevriləcəkdir.

Teqlər