Zərif:İran təhdidə dözməyəcək
https://azeri.sahartv.ir/news/İran-i324424-zərif_İran_təhdidə_dözməyəcək
İranın xarici işlər naziri dünən Nyu-Yorkda keçirilən "multilateralizm və ƏMTP" iclasında bildirib ki, İran İslam Respublikası heçvaxt təhdidə dözməyəcək.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Okt 03, 2018 05:46 Asia/Baku
  • Zərif:İran təhdidə dözməyəcək
    Zərif:İran təhdidə dözməyəcək

İranın xarici işlər naziri dünən Nyu-Yorkda keçirilən "multilateralizm və ƏMTP" iclasında bildirib ki, İran İslam Respublikası heçvaxt təhdidə dözməyəcək.

İRİB-in verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif İranın islam inqilabının qələbəsindən sonra daima siyasi və iqtisadi təzyiqlərə məruz qaldığını bildirəərk deyib: İran xalqı daima təhdidlərə mənfi reaksiya göstərir. 

Zərif həmçinin Vaşinqton ilə hərhansı müzakirə ehtimalını rədd edərək deyib: Amerika müzakirə üçün etimad ediləsi ölkə deyildir. 

İranın XİN başçısı Vaşinqtonun nüvə sazişindən çıxmasına işarə edərək deyib: İran hər dəfə  Amerika ilə əvvəlindən başlayaraq müzakirə apara bilməz. 

Zərif srağa gün də Nyu-Yorker qəzetinə verdiyi müsahibədə razılaşma və müqavilələrə sadiq qalmağın beynəlxalq əlaqələrin təməl prinsipi olduğunu bildirərək deyib: Amerika ilə müzakirənin lazımı şərti etimaddır.