İran Türkiyədəki terror aktını pisləyib
https://azeri.sahartv.ir/news/İran-i324710-İran_türkiyədəki_terror_aktını_pisləyib
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Türkiyənin Batman vilayətində törədilən terror hücumunu pisləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 06, 2018 16:21 Asia/Baku
  • İran Türkiyədəki terror aktını pisləyib
    İran Türkiyədəki terror aktını pisləyib

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Türkiyənin Batman vilayətində törədilən terror hücumunu pisləyib.

İRİB-in verdiyi məlumata görə, İİR XİN sözçüsü Bəhram Qsimi Türkiyə dövləti və xalqı eləcə də Batmanda törədilən terror aktının qurbanlarının ailələrinin kədərini bölüşdüyünü bildirib. 

Cümə axşamı Türkiyənin cənub şərqində Batman vilayətində Türkiyə ordusunun bir ədəd zirehli texnikasının hərəkəti istiqamətində bomba partlayışı nəticəsində 8 türkiyəli hərbçi ölüb. 

Türkiyə PKK ünsürlərinin bu partlayışı törətdiyini bildirib.