İran İslam Şurası Məclisinin sədri Türkiyəyə səfər edib
-
İran İslam Şurası Məclisinin sədri Türkiyəyə səfər edib
İran İslam Şurası Məclisinin sədri Əli Laricani Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin parlamentlərinin üçüncü iclasında iştirak etmək üçün bu gün Türkiyəyə səfər edib.
İRİB-nin verdiyi məlumata görə, Əli Laricani Türkiyəyə olan səfəri zamanı Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin parlamentlərinin üçüncü iclasında çıxış etməklə yanaşı, bu iclasda iştirak edən bəzi ölkələrin rəsmiləri ilə də görüşüb, danışıqlar aparacaq.
Avrasiya iqtisadi birliyinə üzv ölkələrin parlamentlərinin üçüncü iclası 17 Asiya və Avropa ölkəsinin parlament sədrləri və nümayəndə heyətlərinin iştirakı ilə 3 gün müddətinə Türkiyənin Antaliya şəhərində keçiriləcək.
Avrasiya iqtisadi birliyinə üzv ölkələrin parlamentlərinin birinci və ikinci iclasları Cənubi Koreya və Moskvada keçirilib.