Laricani: Dünyanın problemləri Amerikanın unilateralist siyasətlərinə görədir
https://azeri.sahartv.ir/news/İran-i325023-laricani_dünyanın_problemləri_amerikanın_unilateralist_siyasətlərinə_görədir
İranın islami şura məclisinin sədri dünyanın üz-üzə durduğu problemlərin Amerikanın unilateralist siyasətlərindən mənşə aldığını bildirib və bu kimi qanundan kənar hərəkətlər qarşısında dünya ölkələrini birləşməyə çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 09, 2018 13:48 Asia/Baku
  • Laricani: Dünyanın problemləri Amerikanın unilateralist siyasətlərinə görədir
    Laricani: Dünyanın problemləri Amerikanın unilateralist siyasətlərinə görədir

İranın islami şura məclisinin sədri dünyanın üz-üzə durduğu problemlərin Amerikanın unilateralist siyasətlərindən mənşə aldığını bildirib və bu kimi qanundan kənar hərəkətlər qarşısında dünya ölkələrini birləşməyə çağırıb.

İRİB-in verdiyi məlumata görə, Əli Laricani bu gün Türkliyənin Antalya şəhərində keçirilən 3-cü Avrasiya parlamentlərarası iclasda deyib: Amerika və sionist rejim beynəlxalq təhlükəsizliyin pozulmasının amilidir və beynəlxalq məsələlərə münasibətdə beləcə unilateralist hərəkətlər beynəlxalq ictimaiyyət üçün geniş problemlərə səbəb olur. 

Laricani deyib: Nüvə sazişindən qeyri qanuni şəkildə çıxmaq, Qüdsü qeyri-qanuni rejimin paytaxtı elan etmək, Paris iqlim müqaviləsindən çıxmaq və dünya ticarətinin tarif balansını alt-üst etmək Amerikanın dünya səviyyəsində böhran yaradan hərəkətləri sırasında durur. 

İİR parlamentinin sədri həmçinin Amerikanın " Əsrin sövdələşməsi" layihəsinə toxunaraq deyib: Tramp dövləti qeyri-insani metodlarla Fələstin xalqını öz doğma yurdunda yaşamaq hüququndan məhrum etmək istəyir amma bu nəticə qazanmayacaq. 

İran parlamentinin sədri Suriya böhranı barədə isə deyib: İran, Türkiyə və Rusiyanın Suriyadakı vəziyyəti sahmana salmaq sahəsindəki səyləri terrorizm ilə mübarizə və Suriya xalqı və dövlətinə yardım istiqamətində regional səylərdir. 
Laricani Yəməndəki durum barədə deyib: İran Birləşmiş Millətlər Təşkilatından və Yəmən böhranında təsirli ölkələrdən istəyir ki, təsirsiz qətnamələr verməkdənsə hücumların dərhal dayandırılması və mülkinin canı, malı və təhlükəsizliyinin təmin edilməsi üçün səylərini səfərbər etsinlər.