General Şərif: İslami İran yüksək diskursu yayır
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın sözçüsü deyib ki, İslami İran yüksək diskursu yaymaqla ötən qırx ildə daim dünyanın mühüm ölkələrindən olubdur.
İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın sözçüsü briqada generalı pasdar Ramazan Şərif İran İslam Respublikasının TeleRadio Təşkilatının Sərhədaşırı Bölməsində olaraq, deyib: Press TV və Əl-Aləm kimi medialar İslam İnqilabı diskursuna dayaq olmaq üçün diqqətəlayiq bir qüdrətə çevriliblər və əcnəbi mediaların ümumi fikri İrana qarşı formalaşdırmalarına icazə verməyəcəklər.
General Şərif vurğulayıb ki, İranın TeleRadio Təşkilatının sərhədaşırı mediaları qüdrətlə İranın hərbi gücünü təqdim etməlidirlər. O, əlavə edib: İran İslam Respublikası son illərdə hərbi qabiliyyətlər sahəsində qüdrətin bir mərhələsinə çatıbdır ki, düşmənlərlə mübarizədən əsla qorxmur.
İran İslam Respublikasının TeleRadio Təşkilatının Sərhədaşırı Bölmə üzrə sədr müavini Peyman Cebelli də İran İslam Respublikasının TeleRadio Təşkilatının Sərhədaşırı Müavinliyində mövcud olan imkanlara işarə edərək, deyibdir ki, on üç telekanala malik olan bu məcmuə mühüm daxili və xarici hadisələrin işıqlandırılması üçün yaxşı bir potensiya ola bilər.