Okt 14, 2018 17:35 Asia/Baku
  • İnqilab Rəhbəri inkişafın İslam-İran əsası meyarının yüksəldilməsi üçün çağırış ediblər
    İnqilab Rəhbəri inkişafın İslam-İran əsası meyarının yüksəldilməsi üçün çağırış ediblər

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei inkişafın İslam-İran əsası meyarının təkmilləşdirilməsi və yüksəldilməsi üçün çağırış ediblər.

Qarşıdakı əlli il ərzində İranın qənaətbəxş üfüqü və inkişafının bütün əsas və amallarının işlənib hazırlandığı və buna nail olmaq üzrə təsirli tədbirlərin görüldüyü "inkişafın İslam-İran əsası meyarı"nın hazırlanmasının ardınca, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei orqanları, elmi mərkəzləri, elitaları və fikir sahiblərini hazırlanmış sənədin müxtəlif cəhətlərinin dərindən araşdırılması, həmçinin bu üstqurum sənədinin islahı və ya təkmilləşdirilməsi və yüksəldilməsi istiqamətində məşvərət nəzərlərinin təqdiminə çağırıblar.

Həzrət Ayətullahuluzma Xamenei həmçinin inkişafın İslam-İran əsası meyarı mərkəzinə tapşırıblar ki, bildirişdə dərc olunmuş mərkəzlərin məşvərəti ilə mükəmməl nəzər və təklifləri dəqiq şəkildə araşdırıb istifadəyə versin və inkişaf üzrə İslam-İran meyarının yüksəldilmiş variantını, qəbul və bəyan edilmək üçün maksimum iki il ərzində təqdim etsin. Belə ki, 15-ci günəş əsrinin əvvəlindən bu meyarın icrası qənaətbəxş sürətlə başlansın və ölkənin işləri onun dairəsində qərar tapsınlar.

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: Allah-Taalanın hidayəti və köməkliyi ilə gənc alimlər, dini hövzə və universitet müəllimləri və fikir sahiblərindən bir neçə min nəfərin, inkişafın İslam-İran əsası meyarının işlənib hazırlanması üzrə  mütəşəkkil səyi, yeddi ildən sonra, İslam İnqilabının qırxıncı ilində bəhrə verdi.

Həzrət Ayətullahuluzma Xamenei sonra belə qeyd ediblər: Bu sənəd mühüm inkişaf əsas və amallarını hazırlayıb, qarşıdakı əlli ildə ölkənin qənaətbəxş üfüqünü çəkib və ona nail olmaq üzrə təsirli tədbirlər görübdür ki, böyük və çətin, amma mümkün və şirin olan işin həyata keçməsilə ölkə inkişaf yolunu keçəcək və İran ekosistemində müasir İslam-İran sivilizasiyasının mübarək doğuşu baş verəcəkdir.

Teqlər