Ruhani: ABŞ İrana qarşı siyasətlərini davam etdirə bilməz
https://azeri.sahartv.ir/news/İran-i325623-ruhani_abŞ_İrana_qarşı_siyasətlərini_davam_etdirə_bilməz
İran İslam Respublikası prezidenti deyib: Dəqiq proqramlaşdırmalara əsasən ABŞ İrana qarşı siyasətlərini uzun müddət üçün davam etdirə bilməyəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 15, 2018 16:34 Asia/Baku
  • Ruhani: ABŞ İrana qarşı siyasətlərini davam etdirə bilməz
    Ruhani: ABŞ İrana qarşı siyasətlərini davam etdirə bilməz

İran İslam Respublikası prezidenti deyib: Dəqiq proqramlaşdırmalara əsasən ABŞ İrana qarşı siyasətlərini uzun müddət üçün davam etdirə bilməyəcək.

Həsən Ruhani bazar ertəsi günü iranlı universitet müəllimlərinin iştirakı ilə keçirilən iclasda iranlı iqtisadçıların ölkənin iqtisadi problemlərini azaltmaq məqsədilə qayğıkeşliklə öz baxışlarını və təkliflərini təqdim etmələrini alqışlayıb və deyib: Hökumət düşmənin psixoloji və iqtisadi təzyiqlərinin təsirini azaltmaq üçün hərtərəfli plana malikdir. 

Ruhani "daha yaxşı gələcəyə ümidvarıq" deyərək, əlavə edib: İran hökuməti hazırda ən çətin şəraitdə belə, ilkin və zəruri ehtiyacların təmin edilməsində heç bir problemin yaşanmaması üçün lazımi proqrama malikdir. 

İran prezidenti həmçinin deyib: Düşmənlər İrana qarşı psixoloji və iqtisadi savaşda məğlub olacaqlar. 

İran prezidenti və iranlı iqtisadçıların iştirakı ilə keçirilən iclas təqribən 3 saat davam edib. İclasda iqtisadçılar müxtəlif təkliflər ilə çıxış ediblər.