Səlami: Region üçün heç bir qərar İranın iştirakı olmadan icra edilə bilməz
https://azeri.sahartv.ir/news/İran-i325726-səlami_region_üçün_heç_bir_qərar_İranın_iştirakı_olmadan_icra_edilə_bilməz
İslam İnqilabının Keşikçiləri Korpusunun baş komandanının əvəzedicisi deyib: Region və dünya siyasətləri İranın strateji siyasəti və meydandakı gücünə düyünlənib və heç bir qərar İranın təsirli rolu olmadan icra ediləsi deyil.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 16, 2018 17:16 Asia/Baku
  • Səlami: Region üçün heç bir qərar İranın iştirakı olmadan icra edilə bilməz
    Səlami: Region üçün heç bir qərar İranın iştirakı olmadan icra edilə bilməz

İslam İnqilabının Keşikçiləri Korpusunun baş komandanının əvəzedicisi deyib: Region və dünya siyasətləri İranın strateji siyasəti və meydandakı gücünə düyünlənib və heç bir qərar İranın təsirli rolu olmadan icra ediləsi deyil.

İRNA-nın verdiyi məlumata görə, General Mayor Hüseyn Səlami bu gün İranın cənubunda Kohkiluye və Boyer Əhməd ostanında deyib: Bu gün İran İslam Respublikasının hərbi və müdafiə şəraiti düşmənə qəti və aşkar qələbə üçün hər zamankından daha əlverişlidir.

General Səlami İran xalqının son 40 ildə dünyanın zalım qüvvələri qarşısında müqavimət göstərdiyini bildirərək deyib: İqtisadi sahədə qələbənin rəmzi daxili potensiallara mövcud imkanlara sövkənmək və  müharibə və psixoloji əməliyyatlarda da düşməni tanımaqdan ibarətdir ki, bu artıq hasil olub.