Okt 21, 2018 12:04 Asia/Baku
  • Ruhani İİR İŞM-ə 4 nazir təklif edib
    Ruhani İİR İŞM-ə 4 nazir təklif edib

İran İslam Respublikasının prezidenti bu gün iqtisadiyyat və maliyyə işləri; sənət, mədən və ticarət; yol və şəhərsalma, həmçinin kooperasiya, əmək və sosial rifah üzrə təklif olunan dörd naziri İran İslam Şurası Məclisinə təqdim edibdir.

Həsən Ruhani İran İslam Şurası Məclisinin sədri Əli Laricaniyə ünvanladığı məktubda Mohəmməd Eslamini yol və şəhərsalma, Fərhad Dejpəsəndi iqtisadiyyat və maliyyə işləri, Mohəmməd Şəriətmədarini kooperasiya, əmək və sosial rifah və Reza Rəhmanini sənət, mədən və ticarət nazirləri vəzifələri üçün təqdim edibdir.

Abbas Axundi və Mohəmməd Şəriətmədari şənbə günü yol və şəhərsalma, həmçinin sənət, mədən və ticarət nazirliklərindən istefa verdilər.

İran İslam Şurası Məclisinin üzvləri 2018-ci ilin avqustunda Əli Rəbiinin kooperasiya, əmək və sosial rifah, Məsud Kərbasiyanın da iqtisadiyyat və maliyyə işləri nazirləri kimi fəaliyyət göstərmələrinin davam etməsinə qarşı çıxdılar.

Teqlər