Okt 23, 2018 15:08 Asia/Baku
  • 5-ci Beynəlxalq Çanta, Ayaqqabı, Dəri və Əlaqədar Sənaye sərgisi Tehranda işə başlayıb
    5-ci Beynəlxalq Çanta, Ayaqqabı, Dəri və Əlaqədar Sənaye sərgisi Tehranda işə başlayıb

90 yerli və xarici istehsalçının iştirak etdiyi 5-ci Beynəlxalq Çanta, Ayaqqabı, Dəri və Əlaqədar Sənaye sərgisi Tehranda işə başlayıb.

İRİB-nin verdiyi məlumata görə, 5-ci Beynəlxalq Çanta, Ayaqqabı, Dəri və Əlaqədar Sənaye sərgisində İran, Türkiyə, Hindistan və Çindən gəlmiş istehsalçılar ən son dəri məmulatları və əlaqədar sənaye məhsullarını nümayiş etdirirlər.

5-ci Beynəlxalq Çanta, Ayaqqabı, Dəri və Əlaqədar Sənaye sərgisi 26 oktyabra kimi davam edəcək.

İran dəri məmulatları istehsalı sahəsində qədim keçmişə malikdir. Arxeoloji qazıntılara əsasən hələ miladdan 1500 il öncə dəridən paltar, ayaqqabı və döyüş ləvazimatlarının hazırlanmasında istifadə edilirmiş.

Teqlər