İran ilə Avropa arasında valyuta kanalı açılır
İranın mərkəzi bankının başçısı bildirib: Avropalı və iranlı ixracatçılar üçün yeni maliyyə kanalı açılacaq və bu kanal İran ilə Avropa arasında maliyyə müqaviləsi kimi istifadə olunacaq.
İSNA-nın verdiyi məlumata görə, İranın mərkəzi bankının başçısı Əbdünnasir Himməti sosial şəbəkələrdə yazıb: Maliyyə kanalının açılması belə bir müştərək anlayışa sövkənir ki, iranlı və avropalı şirkətlər və iqtisadi fəallar Amerikanın nüvə sazişindən birtərəfli qaydada çıxmasına rəğmən qarşılıqlı ticarət əlaqələrini davam etdirmək istəyirlər. Himməti deyib: Maliyyə ödənişləri ilə əlaqədar problemlərin aradan qaldırılması məqsədi ilə, Avropanın maliyyə kanalının yaradılması hər iki tərəfin gündəminə daxil edilib.
İİR mərkəzi bankının rəhbəri deyib: İran və Avropa arasında maliyyə kanalı iranlı və avropalı ixracatçılara ixracat nəticəsində əldə etdikləri valyutanı almaq imkanı verəcək və iki tərəf arasında bir növ maliyyə müqaviləsi rolunu oynayacaq.
Himməti deyib: Avropanın maliyyə kanalının təfərrüatı ötən həftə Brüssel iclasında araşdırılıb.
ABŞ prezidenti Donald Tramp cari il mayın 8-də birtərəfli qaydada İran ilə 5+1 qrupu arasında imzalanmış nüvə sazişindən çıxdı .
Amerikanın bu hərəkətinin ardınca sazişi imzalamış digər ölkələr Vaşinqtonu qınayaraq bildirdilər ki, İranla razılaşmalarına sadiq qalacaqlar.
Avropa Birliyi bildirib ki, İranda fəaliyyət göstərən avropalı şirkətləri himayə məqsədi ilə bloklayan qanunlar icra edəcək və beləliklə həmin şirkətlər Amerikanın xarici şirkətlərə qarşı sanksiyaları müqabilində mühafizə ediləcəklər.