Ruhani: İran Amerikanı diz çökdürəcək
İran İslam Respublikası prezidenti Amerikanın İrana qarşı məkirli planlarına toxunaraq deyib: İran İslam Respublikası müəyyən tədbirlər həyata keçirməklə Amerikanı diz çökdürəcək.
Həsən Ruhani bu gün İslami Şura Məclisinin yol və şəhərsalma, sənaye, mədən və ticarət, kooperasiya, əmək və əhalinin sosial təminatı, eləcə də İqtisadiyyat nazirliklərinə təklif olunmuş nazirlərin bu vəzifələrə layiqliliklərinin araşdırılması iclasında etdiyi çıxışında Amerikanın son aylarda siyasi və hüquqi dairələrdə İran qarşısındakı məğlubiyyətlərinə toxunaraq deyib: Amerikanın dünya səviyyəsində hansısa bir ölkəyə qarşı qərar qəbul etdikdə onun ənənəvi müttəfiqlərinin Amerikanı buraxmalarına keçmişdə nümunə olmamışdır.
Ruhani İran xalqının Amerika qarşısındakı qələbəsinin Tarixdə misli az görünmüş qələbə olduğunu bildirərək deyib: Bu gün dünya İran xalqını öz öhdəliklərinə sadiq qalan , Amerikanı isə öhdəliklərini pozan və beynəlxalq qanunları ayaqlayan tərəf kimi tanıyır.
İİR prezidenti Amerikanın İran xalqına qarşı geniş miqyaslı sanksiyalar tətbiq etdiyinə görə İran xalqının ən böyük düşməni olduğunu bildirərək deyib: Amerika İrana qarşı zalım sanksiylarla İran xalqının düşməni olduğunu nümayiş etdirmiş oldu.
Ruhani əcnəbi mediaların İran iqtisadiyyatı barədəki propaqandalarına toxunaraq deyib: İran təhsil, səhiyyə və müalicə, energetika və nəqliyyat sahələrində dünyanın ən ucuz ölkələri sırasında durur.
İran İslam Respublikası prezidenti Tehranın dost ölkələr və qonşularla əlaqələrinin daha da genişlənməsinə təkid edib.