Okt 30, 2018 14:28 Asia/Baku
  • İnqilab Rəhbərinin iştirakı ilə Ərbəin günü əzadarlığı mərasimi keçirilib
    İnqilab Rəhbərinin iştirakı ilə Ərbəin günü əzadarlığı mərasimi keçirilib

Hüseyn(ə) Ərbəini münasibəti ilə Tehranda İmam Xomeyni(rə) hüseyniyəsində ölkənin müxtəlif şəhərlərindən gəlmiş tələbə heyətlərinin iştirakı ilə İslam İnqilabının Böyük Rəhbərinin hüzurunda əzadarlıq mərasimi keçirilib.

İnqilab Rəhbəri ofisinin rəsmi internet poratlında yer alan məlumata görə, İnqilab Rəhbəri tələbələrin əzadarlıq mərasiminin ardınca çıxış edərək, mömin gənclərin saf qəlbləri, sədaqət dolu hislərini və zülal kimi pak imanlarını İlahi fəzilətlərin cəlb olunmasına zəmin yaradan amillər adlandırıb, İran xalqının İslam və İslam İnqilabının bütün böyük hədəf və məqsədlərinə nail olması üçün dua ediblər.

Həmçinin, bu mərasimdə höccətülislam Sədi çıxış edərək, Ərbəin gününü haqqın batil üzərindəki qələbəsinə dair ilahi vədin yenidən gerçəkləşməsi günü adlandırıb və deyib: Ərbəinə və Hüseyn(ə) mədəniyyətinə əsaslanan yeni İslam sivilizasiyasını formalaşdırmaq bu gün universitetlərin gündəmində duran əsas məsələ olmalıdır.

Mərasimin sonunda tələbələr İnqilab Rəhbərinin imaməti ilə günorta və əsr namazlarını qılıblar.

Teqlər