İslam inqilabınınb Böyük rəhbəri: İran daha da güclənib
İslam inqilabının böyük rəhbəri Amerikanın sönüşünün dünyanın etibarlı fikir sahibləri tərəfindən reallığa çevrildiyini bildirərək vurğulayıblar: İran xalqı əziz gənclərinin stimulu, əhval-ruhiyyəsi və səyləri ilə parlaq və daha yaxşı gələcəyə malikdir.
Həzrət Ayətullahülüzma Xamenei bu gün səhər 13 aban zalımlarla milli mübarizə günü ərəfəsində minlərlə məktəbli və universitet tələbəsi ilə görüşündə böyük şeytanın İrana qarşı son 40 il ərzindəki məkirli planlarında məğlubiyyətə uğradığını bildirərək deyiblər: Amerikanın casusluq yuvasının universitet tələbləri tərəfindən ələ keçirilməsi İran xalqının Amerikaya silləsi idi.
İslam inqilabının böyük rəhbəri dünyanın mötəbər siyasətçiləri və sosioloqlarının bir çoxunun Amerikanın yumşaq qücünün məhv olmasına etiraflarına toxunaraq deyiblər: Amerikanın yumşaq gücü yəni öz fikrini digər ölkələrə qəbul etdirmək gücü bu gün ən zəif durumdadır və Amerikanın hazırkı prezidentinin hakimiyyətə gəldiyi zamandan bəri sadəcə xalqlar deyil hətta, Avropa, Çin, Rusiya, Hindistan, Afrika və Latım Amerikası dövlətləri də Amerikanın qərarlarına açıq-aşkar qarşı çıxırlar.
Həzrət Ayətullahülüzma Xamenei region ölkələrinin diqqətini ABŞ-ın sönüşü həqiqətinə cəlb edərək bildiriblər: Amerikaya arxalanmaqla Fələstin məsələsini tamamiylə unutmaq istəyənlər bilsinlər ki, Amerika öz regionunda belə sönməkdədir amma bu regionun xalqları və onun həqiqətləri yaşayır və ayaqdadır.
İslam inqilabının böyük rəhbəri son 40 il ərzində Amerikanın İrana qarşı iqtisadi sanksiya və müharibədə məqsədinin İranı iflic etmək və geridə saxlamaq olduğunu bildirərək deyiblər: İqtisadi müharibədə də baş verənlər Amerikanın istəyinə qarşıdır ona görə ki, ölkə daxilində istehsala və özünü idarə səviyyəsinə çatmağa doğru hərəkət sürətlənib və bu gün yüzlərlə universitet fəalı ölkədə önəmli fəaliyyətlərlə məşğuldurlar.
Həzrət Ayətullahülüzma Xamenei İran xalqının Amerika qarşısında müqaviməti və Amerika ilə düşmənçiliyinin nəvaxtadək davam edəcəyi barədə deyiblər: Amerika öz hegemonçuluğunu kənara qoyduqda onunla da digər ölkələr kimi əməkdaşlıq etmək olar amma bu qeyri-mümkün görünür ona görə ki, zalımın zatı istilaçılıq və hegomonluqdur.
İslam inqilabının böyük rəhbəri buyurublar: Bu gün Amerikanın onun qərarlarında zərrə qədər rolu olmayan yeganə ölkə İran İslam Respublikasıdır və bu Amerikanın məğlubiyyəti deməkdir.