İranın terrorizmin maliyyə təmini ilə mübarizə konvensiyasına qatılması layihəsi rədd olunub
İranın Əsas Qanunu üzrə Nigəhban Şurasının sözçüsü İranın terrorizmin maliyyə təmini ilə mübarizə üzrə beynəlxalq konvensiya-CFT-yə qatılması layihəsinin rədd olunmasından xəbər verib.
İranın Əsas Qanunu üzrə Nigəhban Şurasının sözçüsü Abbasəli Kədxodayi bu gün virtual mühitdəki şəxsi səhifəsində yazıb: Nigəhban Şura İran İslam Respublikası dövlətinin terrorizmin maliyyə təmini ilə mübarizə üzrə beynəlxalq konvensiya-CFT-yə qatılması layihəsini çoxlu sayda iclaslarda araşdırıb və onun irad və şübhələrə malik olduğunu bildiribdir.
Kədxodayi əlavə edib: İranın Əsas Qanunu üzrə Nigəhban Şurasının şəriətə və Əsas Qanuna zidd hallara və şübhələrə şamil olan nəzəri, təyin edilmiş zamanda İran İslam Şurası Məclisinə göndərilibdir.
İran İslam Şurası Məclisinin üzvləri 2018-ci il oktyabrın 7-də İranın terrorizmin maliyyə təmini ilə mübarizə üzrə beynəlxalq konvensiya-CFT-yə qatılması ilə razılaşdılar.