Noy 06, 2018 18:17 Asia/Baku
  • Zərif: Tramp İranla bağlı siyasətlərini dəyişməyə məcbur olacaq

İranın xarici işlər naziri: ABŞ prezidenti bir müddət sonra İranla bağlı siyasətini dəyişməyə məcbur olacaq.

İRNA-nın məlumatına görə, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün çərşənbə axşamı ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq etməinə işarə edərək, deyib: Bu sanksiyaların əsas hədəfi İran xalqıdır və ABŞ hətta, bundan öncə buraxılmış və hazırda mövcud olmayan şirkətlərin adlarını da sanksiyalar siyahısına daxil edib. Bu əslində ABŞ hökumətinin tənəzzülünün nişanəsidir. 

İranın xarici işlər naziri daha sonra deyib: Dünya ABŞ-ın siyasətləri qarşısında dayanıb və bir neçə cırtdan ölkə habelə, regiondakı bir-iki rejim istisna olmaqla ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulan yoxdur. Biz dünən ABŞ-ın dövlət katibi və maliyyə nazirinin çıxışlarında bu təkliyi və ondan doğan əsəbiliyi hiss etdik. 

İranın xarici diplomatiya idarəsinin başçısı əlavə edib: Əminəm ki, ABŞ hökumətini qarşıda çətin günlər gözləyir. Hətta, öz xalqına belə siyasətlərinin faydalı olduğunu sübut edə bilməyib. ABŞ hökuməti Amerika xalqının milli maraqlarını deyil, sadəcə az saylı tərəfdarlarının maraqlarına xidmət edir. 

Zərif əlavə edib: ABŞ hökuməti amerikalıların maraqlarını müdafiə etmək yerinə, İsrail və Ərəbistan rejimlərinin cinayətlərini ört-basdır etməklə məşğuldur. Və amerikalılar bu dəfə də İrana qarşı ağılsız rəftarlarına görə peşman olacaqlar. 

ABŞ prezidenti Donald Trampı 8 may 2018-ci ildə Vaşinqtonun nüvə anlaşmasından çıxdığını elan edərək, İrana qarşı nüvə sanksiyalarının yenidən bərpa olunacağının anonsunu vermişdi. Sanksiyaların birinci mərhələsi 7 oktyabrda, ikinci mərhələsiisə 5 noyabrda qüvvəyə minib. 

Teqlər