İranın iqtisadiyyat naziri milli valyutanın dəyərinin qorunub-saxlanılmasına təkid edib
Noy 07, 2018 10:21 Asia/Baku
İran İslam Respublikası iqtisadiyyat və maliyyə naziri dünən deyib: ABŞ prezidenti Donald Trampın İrana valyutanın daxil olması yollarını bağlamaq niyyətində olduğu bir şəraitdə İran riyalının dəyərinin qorunub-saxlanılması milli kimliyi müdafiə deməkdir.
İRNA-nın verdiyi məlumata görə, Fərhad Dejpəsənd eyni xamanda özəl sektorun sanksiya şəraitindəki rolunu yüksək dəyərləndirərək özəl sektorun nümayəndələrinin ölkədə sahibkarlığın inkişafında iştirakını, maliyyə, vergilər və gömrük sistemində islahatların aparılmasını istəyib.
ABŞ xəzinədarlıq nazirliyi srağa gün 700 iranlı şəxs, şirkət, bank, təyyarə və gəminin adını sanksiya siyahısına əlavə etdi.