C.Koreya İran ilə əlaqələrin genişləndirilməsini vurğulayıb
-
C.Koreya İran ilə əlaqələrin genişləndirilməsini vurğulayıb
Cənubi Koreyanın Tehrandakı səfiri ölkəsinin ABŞ-ın sanksiyayarına rəğmən İran İslam Respublikası ilə əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulayıb.
İRNA-nın verdiyi məlumata görə, C.Koreyanın Tehrandakı səfiri Yu Janq Hyun deyib: Cənubi Koreyanın İrandan neft və qaz məmulatlarının idxalına qarşı sanksiyadan istisna edilməsindən sonra iki ölkə arasında əlaqələrin qorunub-saxlanılması və daha da genişləndirilməsi üçün əlverşli şərait yaranıb.
C,Koreyanın səfiri deyib: İrandan qaz məmulatlarının idxalı Koreyanın neft-kimya şirkətləri üçün böyük əhəmiyyətə malikdir, eyni zamanda İranın regiondakı strateji mövqeyini nəzərə alaraq qarşılıqlı əməkdaşlıqların genişləndirilməsi üçün böyük potensial mövcuddur və bundan iki ölkə mənafeyi istiqamətində istifadə edilməlidir.