Noy 12, 2018 16:50 Asia/Baku
  • İran ABŞ-dan Beynəlxalq Dəniz Təşkilatına şikayət edib
    İran ABŞ-dan Beynəlxalq Dəniz Təşkilatına şikayət edib

İranın limanlar və dənizçilik təşkilatının sədri İranın şikayətindən və Beynəlxalq Dəniz Təşkilatında ABŞ-ın birtərəfli sanksiyalarının beynəlxalq dəniz qaydaları və qanunları ilə zidd olması sənədinin qeydə alınmasından və bu barədə etiraz bəyanatının yayılmasından xəbər verib.

İranın limanlar və dənizçilik təşkilatının sədri bu gün Avropa Birliyinin dənizçilik rəsmiləri və ekspertlərinin iştirakı ilə Tehranda keçirilən "Logistika təlimi və nəqliyyat halqası" konfransında deyib: Beynəlxalq Dəniz Təşkilatı Şurasının gələn həftə Londonda keçiriləcək 121-ci iclasında İranın bu təşkilatdakı nümayəndə heyəti bütün beynəlxalq konvensiyalar və qanunlarla təzad təşkil edən Amerikanın birtərəfli və ədalətsiz sanksiyalarının icra edilməsi yolu ilə dəniz nəqliyyatında məhdudiyyət və ayrı-seçkiliyin tətbiq edilməsinə etiraz edəcək.

Rastad əlavə edib: Bu iclasda İranın nümayəndə heyəti tərəfindən qiraət olunacaq bəyanatdan əlavə, rəsmi şəkildə Beynəlxalq Dəniz Təşkilatına bir sənəd təqdim etmişik ki, beynəlxalq qanunlara istinadla sanksiyaların beynəlxalq qanunlarla təzadını isbat edir və proqnoz edirik ki, sanksiyalarda heç bir ölkənin ciddi şəkildə Amerikanı müşayiət etməməsi yolu ilə, dəniz üzrə beynəlxalq ictimaiyyətin İran İslam Respublikasının etirazı və şikayətinə dəstək verməsinin şahidi olacağıq.

ABŞ prezidenti Donald Tramp mayın 8-də bu ölkənin nüvə anlaşmasından çıxdığını bildirdi və noyabrın beşində başlıca olaraq, İranın neft ixracatı, aviasiya sənayesi, gəmiçilik və bank sahələrinə şamil olan anti-İran sanksiyalarının yeni mərhələsini icraya qoydu.

Teqlər