Noy 14, 2018 19:27 Asia/Baku
  • Ruhani: Sanksiyalar İran neftinin satışına təsir etmir
    Ruhani: Sanksiyalar İran neftinin satışına təsir etmir

İran İslam Respublikası prezidenti deyib: Amerikanın səhv və zalımcasına sanksiyaları İran neftinin satışına təsirsizdir.

İRİB-in verdiyi məlumata görə, İİR prezidenti Həsən Ruhani bu gün nazirlər kabinetində etdiyi çıxışında deyib: Amerikanlar elə təsəvvür edirdilər ki, İran neftinin ixracatı tamamiylə kəsiləcək amma özləri son günlərdə bunun mümkün olmadığını başa düşdülər. 

İİR prezidenti İran neftinin ixracatının kəsilməsinin Amerikadakı daxili məsələlər və neftin qiymətinə görə mümkünsüz olduğunu bildirərək deyib: İran hökuməti neft satışı üçün çoxlu yollara malikdir və sanksiyanın bu məsələyə təsiri olmayacaq. 

Ruhani deyib: Bütün təzyiqlər və sanksiyalara rəğmən İİR dünya ilə öz maliyyə əlaqələrini qoruyub saxladı. 

İran prezidenti deyib: İran xalqı Amerikanın məkirli planları qarşısında dayanır və onları məğlubiyyətə uğradacaq və bütün dünya artıq başa düşüb ki, amerikanlar bir daha səhv iddiaya, səhv təbliğata əl atıblar və heçvaxt izlədikləri məqsədlərinə çatmayacaqlar. 

Ruhani xatırladıb: Amerikalılar beynəlxalq qayda-qanunlara hörmətlə yanaşmır və onları pozurlar. 

Teqlər