Noy 19, 2018 16:25 Asia/Baku
  • Ruhani: İran Amerikaya baş əyməyəcəkdir
    Ruhani: İran Amerikaya baş əyməyəcəkdir

İran İslam Respublikasının prezidenti deyib: İran müstəqil və azad qalacaq və Amerikaya baş əyməyəcəkdir.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün Xoy şəhərində İranın Qərbi Azərbaycan vilayətinin əhalisi qarşısında bildirib ki, düşmənlər iqtisadiyyata təzyiq göstərmək və xalq üçün problem yaratmaqla İran xalqını öz yüksək hədəflərindən çəkindirməyə qadir deyillər. O, vurğulayıb: İran xalqı İslam İnqilabının 40-cı ildönümünü qüdrət və şövqlə qeyd edərək, bunu dünya xalqlarına nümayiş etdirəcəkdir.

İran İslam Respublikasının prezidenti bildirib ki, bu gün bütün dünya ölkələri və xalqları Amerikanın zalımcasına hərəkətləri ilə müxalifdirlər. O, deyib: Ameriika İran xalqının regiondakı qardaş xalqlarla əlaqələrini zəiflədə bilməz, zira hamı müsəlman və bir-birinin kənarındadır.

Ruhani əlavə edib: İran xalqının kənarında İraq, Suriya, Livan, Yəmən, Əfqanıstan, Pakistan və bütün İslam Dünyası xalqları özlərinin müqaviməti, imanı, İslam-ı və istiqlaliyyəti fikrindədirlər və regionun bütün xalqlarının müqaviməti ilə zalım qüvvələrin məğlubiyyəti həyata keçəcəkdir.

İran İslam Respublikasının prezidenti vurğulayıb ki, düşmənlər İranın terrorçuların regiona yiyələnməmələri istiqamətindəki səylərindən əsəbidirlər. O, deyib: Müsəlmanlar hər zaman İrandan yardım istəyərlərsə, İran İslam Respublikası öz vəzifəsinə əməl edəcək və terrorizmlə mübarizə zamanında olduğu kimi onlara kömək edəcəkdir.

Teqlər