General Səlami: Yəmən Ərəbistanın bataqlığıdır
https://azeri.sahartv.ir/news/İran-i328494-general_səlami_yəmən_Ərəbistanın_bataqlığıdır
İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın baş komandan əvəzi deyib: Yəmən Ali-Səud rejiminin və Amerikanın siyasətlərinin bataqlığıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 22, 2018 16:03 Asia/Baku
  • General Səlami: Yəmən Ərəbistanın bataqlığıdır
    General Səlami: Yəmən Ərəbistanın bataqlığıdır

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın baş komandan əvəzi deyib: Yəmən Ali-Səud rejiminin və Amerikanın siyasətlərinin bataqlığıdır.

Briqada generalı pasdar Hoseyn Səlami Yəmən xalqının müqavimətinə dəstək üzrə beynəlxalq konfransda əlavə edib: İslam ümməti müttəfiqdir və müqavimət məntiqi qələbə çalmaqdadır.

General Səlami deyib: İslam İnqilabının qələbəsi ilə imperializm dünyası ilə İslam Dünyası arasında strateji qarşıdurma, eləcə də Amerikanın və imperializmin zorakılıqları qarşısında müqavimət formalaşıb və Amerikaya möhkəm şillə vurulubdur.

Sepah-ın baş komandan əvəzi belə bir halda vurğulayıb: Amerikalılar islami xalqları məhv etməyə çalışırlar və İranın sanksiya edilməsi, Suriya və Yəməndə savaş, Fələstin xalqının qırğın edilməsinin davam etməsi bu siyasət istiqamətindədir.