Ruhani: İslam dünyası ilə ABŞ arasındakı ixtilaf azadlıq və quldarlıq mövzusu üstündədir
İran İslam Respublikası prezidenti Tehranda öz işinə başlayan 32-ci beynəlxalq islami vəhdət konfransında etdiyi çıxışında deyib: İslam dünyasının Amerika ilə ixtilafı , azadlıq və quldarlıq üstündədir.
Bu gün Tehranda 32-ci beynəlxalq islami vəhdət konfransına start verilir, konfrans 26 noyabradək davam edəcək.
Qüds, ümmətin vəhdətinin əsası, adı altında tehranda keçirilən 32-ci beynəlxalq islami vəhdət konfransına 100 ölkədən 350-dən çox alim, sənətkar və siyasətçi qatılıb.
Həsən Ruhani konfransda etdiyi çıxışında əziz islam peyğəmbərinin(s.ə) və imam Cəfər Sadiqin(ə) mövludu günü münasibəti ilə təbrik edərək deyib: Əsas Amerikanın quldurluğu və mənafeyi deyil , xalqların hüquq və mənafelərinə hörmətdir.
İİR prezidenti deyib: Tarixin quldurları bizim həyatımızın istiqamətini müəyyənləşdirə bilməzlər onlar daha üstün silaha malik olanın BMT TŞ-də veto haqqına malik olduğunu deyirlər Amerika və Britaniya BMT-də özlərinə veto haqqı düzəltdilər və sonra Orta şərqdə saxta sionist rejimini icad etdilər.
Ruhani deyib: Amerika başda olmaqla qərbin bu planı qarşısında biz müsəlmanlar var gücümüzlə zülm qarşısında durmalıyıq.
İİR prezidenti həmçinin regionun hazırkı şəraitinin ağır və xoşagəlməz olduğunu deyib və xatırladıb ki, Fələstin, Liviya, Suriya, Yəmən və hətta Əfqanıstan , Pakistan və İraqda vəziyyət müsəlman ictimaiyyətin gözlədiyi vəziyyət deyil.