Noy 25, 2018 16:35 Asia/Baku
  • General Səlami: Bəsic-in islami ölkələrdəki qüdrəti düşmənləri məğlubiyyətlə üzləşdirib
    General Səlami: Bəsic-in islami ölkələrdəki qüdrəti düşmənləri məğlubiyyətlə üzləşdirib

İslam İnqilabı Keşikçiləri Korpusu-Sepah-ın baş komandan əvəzi deyib: Bəsic-in iri gövdəli ağacının islami ölkələrdəki qüdrətli budaqları güclənib və Amerika, sionist rejim və səud rejiminin nəhs hədəfləri məğlubiyyətə uğrayıbdır.

Briqada generalı pasdar Hoseyn Səlami İmam Xomeyni(r.ə)-in pak hərəmində Muhəmməd Rəsulallah(s.ə.s.) korpusunun bəsic komandanlarının böyük qüdrət toplantışında əlavə edib: İslami ölkələrin, o sıradan Fələstin, Suriya, İraq və Yəmənin gəncləri İranın səkkiz il müqəddəs müdafiə dövrünün bəsic döyüşçülərindən nümunə götürərək, təkfirçi düşmən, həmçinin Amerika, sionist rejim və səud rejiminin fitnələri qarşısında qələbə qazana bildilər.

General Səlami bildirib ki, islami quruluşun düşmənləri İran xalqının hərbi döyüşdə məğlub olacağından məyusdurlar. O, deyib: Bu gün əgər İslami İranın düşmənlərinin masaları üzərində hərbi seçim yoxdursa, bu da bəsic qüvvələrinin mövcud olmasına görədir.

Teqlər