Zərif Qərbin terrorçuların Hələbə qarşı kimyəvi hücumu barədə susmasını tənqid edib
İran İslam Respublikasının xarici işlər naziri Qərbin terrorçuların Hələbə qarşı kimyəvi hücumu barədə susmasını tənqid edərək, vurğulayıb: Qərbin meyarı budur ki, müttəfiqinin kimyəvi silahdan istifadəsini pisləməsin.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün bir twitt-də yazıb: Qərb hardadır ki, terrorçuların Hələbdəki kimyəvi hücumunu pisləmiş olsun? Qərbin meyarı budur; kimyəvi hücumları yalnız o zaman pisləsin ki, düşməni tərəfindən istifadə olunduğu iddia edilmiş olsun. Nəinki öz müttəfiqi ondan istifadə etmiş olsun.
İranın xarici işlər naziri əlavə edib: İraqın məhv edilmiş diktatoru Səddam İrana qarşı kimyəvi silahlardan istifadə edərkən Qərb gözünü bu məsələyə yumdu, amma Səddamın Qərbin düşməninə çevrildiyi zaman, onu aradan götürmək üçün müharibə saldı.