ABŞ senatının üzvü Səudiyyə səfirinin qovulmasına çağırıb
https://azeri.sahartv.ir/news/İran-i329602-abŞ_senatının_üzvü_səudiyyə_səfirinin_qovulmasına_çağırıb
ABŞ senatında Demokrat Partiyası fraksiyasının sədr müavini Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirinin qovulmasına çağırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 07, 2018 09:54 Asia/Baku
  • ABŞ senatının üzvü Səudiyyə səfirinin qovulmasına çağırıb

ABŞ senatında Demokrat Partiyası fraksiyasının sədr müavini Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirinin qovulmasına çağırıb.

İRNA-nın verdiyi məlumata görə, Dik Dorbin dünən öz tvitter səhifəsində Səudiyyə vəliəhdi Məhəmməd Bin Salmanın jurnalist Camal Qaşıqçının qətlindəki roluna toxunaraq deyib: Səudiyyə səfiri rəsmən ABŞ-dan qovulmalıdır.

ABŞ mediyalarının bildirdiklərinə görə, Səudiyyə Ərəbistanının Amerikadakı səfiri, Məhəmməd Bin Salmanın kiçik qardaşı Xalid Bin Salman Qaşıqçının qətli planından xəbərdar imiş və bu artıq sübut olunub.