Ruhani: İran terrorizmin ən əsas qurbanıdır
İran İslam Respublikası prezidenti deyib: Terror aktları İran dövləti və xalqının terrorizmin təzahürləri ilə intensiv mübarizədəki iradəsinə heç bir xələl gətirməyəcək.
İRİB-in verdiyi məlumata görə, İİR prezidenti Həsən Ruhani bu gün 6 region ölkəsinin parlament sədrlərinin Tehranda keçirilən iclasında etdiyi çıxışında İİR-in yarandığı gündən indiyədək terrorizmin əsas qurbanı olaraq bu nəhs fenomen ilə üz-üzə durduğunu bildirərək deyib: İran bu cəhətdən ağır maliyyə ziyanları və insan tələfatına məruz qalıb.
İİR prezidenti deyib: 1981-ci ilin terror aktları və son qırx il ərzində 17 mindən çox İran vətəndaşının bu gün Avropa və Amerikada qərb dövlətlərinin himayəsində olan terrorçu qruplar tərəfindən şəhid edilməsi İran xalqının terrorizm fenomenindən çəkdiyi ziyanlardır.
Ruhani deyib: İranın nüvə alimlərinin əcnəbi dövlətlərin terrorçuları tərəfindən şəhid edilmələri, ötən milad ilində İŞİD terrorçularının İran parlamentinə hücumu, Əhvaz şəhərində son terror aktı və iki gün öncə İranın cənub şərqində Çabaharda törədilmiş terror İranın terrorizmdən gördüyü ziyanlar sırasındadır.
İİR prezidenti daha güclü regionun reallaşması üçün 8 təklif təqdim edərək deyib: Tehran güclü regionun reallaşmasında iştiraka hazırdır.
Ruhani deyib: Çin ilə ticarət savaşı açan, Pakistana tənə vuran, Əfqanıstanı təhqir edən, Türkiyəni cəzalandıran, Rusiyanı hədələyən və İrana sanksiya tətbiq edən ölkə, bağlılıqları qırmaqda birinci yerdə duran müttəhimdir və biz Amerika qarşısında dayanacağıq.
Ruhani deyib: Amerika hərhansı cəmiyyətin məhv edilməsində rolu olarsa onun vurduğu ziyanların xərcindən qaçmasına imkan verməyəcəyik.