İran baytarlığı regionda ən güclü proflaktikaya malikdir
https://azeri.sahartv.ir/news/İran-i329786-İran_baytarlığı_regionda_ən_güclü_proflaktikaya_malikdir
İranın baytarlıq təşkilatının diaqnoz və müalicə üzrə sədr müavini deyib ki, bu təşkilat Yaxın Şərqdə xəstəliklər qarşısında mal-heyvan və quşların ən güclü proflaktikasına malikdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 09, 2018 14:41 Asia/Baku
  • İran baytarlığı regionda ən güclü proflaktikaya malikdir
    İran baytarlığı regionda ən güclü proflaktikaya malikdir

İranın baytarlıq təşkilatının diaqnoz və müalicə üzrə sədr müavini deyib ki, bu təşkilat Yaxın Şərqdə xəstəliklər qarşısında mal-heyvan və quşların ən güclü proflaktikasına malikdir.

Mal-heyvanların profilaktikası müxtəlif heyvan xəstəliklərindən qorunmaq üzrə bir layihədir.

İranın baytarlıq təşkilatının diaqnoz və müalicə üzrə sədr müavini Qasem Rezaiyanzade əlavə edib: İranın qərbi və şərqində yerləşən ölkələrin müxtəlif mal-heyvan və quş xəstəliklərilə üzləşdikləri bir halda, İranın baytarlıq təşkilatı öz geniş fəaliyyəti ilə mal-heyvan və quşların sağlamlıq durumunu izləyir.

Rezaiyanzade vurğulayıb: İran İslam Respublikasının baytarlıq təşkilatı dünyanın modern və elmi metodlarına uyğun və ahəngdar proqramlar icra edərək, mal-heyvan xəstəliklərinin qarşısını alıbdır.