İranın təhlükəsizlik naziri: Sionist rejim ABŞ-ın himayəsi ilə terrorçuları təşkilatlandırır
İranın təhlükəsizlik naziri sionist rejimin təhlükəsizlik-kəşfiyyat xidmətlərinin ABŞ-ın dəstəyi ilə terrorçuları təşkilatlandırdığını deyib.
İran İslam Respublikasının təhlükəsizlik naziri seyid Mahmud Ələvi çərşənbə axşamı İran İslam Şurası Məclisində hazırda terrorçuların təchiz edilmiş təlim mərkəzlərinə və böyük silah anbarlarına malik olduqlarını deyərək, əlavə edib: Terrorçular hərbi təlimlər keçməklə yanaşı, kəşfiyyat sahəsində də təlimlər keçərək, diqqətlərdən kənarda qalmaq və məxfi əlaqə qurmağın yollarını öyrənirlər.
İranın təhlükəsizlik naziri əlavə edib: Hazırkı şəraitdə qonşu ölkələr habelə, uzaq ölkələrin təhlükəsizlik xidmətləri birbaşa olaraq İranın təhlükəsizliyi əleyhinə fəaliyyət göstərir və terrorçu qruplaşmaları maliyyələşdirmək, silahlandırmaq və hərbi təlimlər keçməklə dəstəkləyirlər.
Ələvi həmçinin, İran İslam Respublikasının təhlükəsizliyinə yönəlmiş təxribatçılıqların önlənilməsi üçün lazımi tədbirlərin görüldüyünü bildirib və deyib: İranın Təhlükəsizlik Nazirliyi təhlükəsizlikdə mövcud olan güclü və zəif nöqtələri aşkar edərək, fürsətlər və təhdidləri nəzərə alaraq təhlükəsizlik planları və strategiyasını hazırlayır.