Dek 20, 2018 09:50 Asia/Baku
  • İran və İsveç rəsmiləri görüşüblər

İsveçin xarici işlər naziri deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramı multilateralizmə əsaslanan beynəlxalq bir razılıq olaraq onun icrası bütün ölkələrin xeyirinədir.

Marqot Valstrom dünən Stokholmda İran İslam Respublikasının xarici işlər nazirinin müavini Abbas İraqçı ilə görüşündə ölkəsinin İran ilə əlaqələri qarşılıqlı, regional və beynəlxalq müstəvilərdə davam etdriməkdə qərarlı olduğunu bildirərək deyib: ƏMTP-nin əhəmiyyətini nəzərə alaraq Avropa ölkələri o sıradan da İsveç Amerikanın nüvə sazişindən çıxmasına baxmayaraq bu razılaşmanın hər bir şəraitdə mühafizə edilməsini istəyir. 

İsveçin XİN rəhbəri deyib: Avropa ölkələri İran ilə iqtisadi və ticarət fəaliyyətlərinin genişləndirilməsi üçün tədbirlər hazırlamağa çalışırlar. 

İsveçin xarici işlər naziri həmçinin son günlər İsveçdə keçirilən yəmənli qruplar arasındakı müzakirələri dəstəklədiyinə görə öz təşəkkürünü bildirərək İranın bu istiqamətdəki yardımlarının davam etməsini istəyib. 

Görüşdə İİR xarici işlər nazirinin müavini də İsveçin İran ilə əməkdaşlıq və nüvə sazişinə dəstək istiqamətindəki  müsbət və konstruktiv mövqelərinə görə öz təşəkkürünü bildirərək Avropa ölkələrini nüvə sazişinə əlavə dəstək verməyə çağırıb. 

Abbas İraqçı həmçinin yəmənlilər arasındakı müzakirələrin nəticələrinə toxunaraq deyib: İran İslam Respublikasının regional siyasəti təhlükəsizlik, stabillik vəsiyasi prossesin inkişafına yönəlib və İran yəmənlilər arasındakı müzakirələrin uğur qazanması üçün öz müsbət rolunu davam etdirəcək.

Abbas İraqçı İran və İsveç arasında siyasi müzakirələrin 4-cü mərhələsi üçün Stokholma səfər edib.

Teqlər