Vilayəti: Yeganə yol müqavimətdir
https://azeri.sahartv.ir/news/İran-i330912-vilayəti_yeganə_yol_müqavimətdir
İran İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri şənbə günü Tehranda İslam Müqaviməti Hərəkatı Həmas-ın siyasi bürosunun üzvü və Fələstin Parlamentindəki fraksiyasının sədri Mahmud Əz-Zəhar ilə görüşdə sionistlər qarşısında yeganə yolun müqavimət və mübarizə olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 23, 2018 07:51 Asia/Baku
  • Yeganə yol müqavimətdir
    Yeganə yol müqavimətdir

İran İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri şənbə günü Tehranda İslam Müqaviməti Hərəkatı Həmas-ın siyasi bürosunun üzvü və Fələstin Parlamentindəki fraksiyasının sədri Mahmud Əz-Zəhar ilə görüşdə sionistlər qarşısında yeganə yolun müqavimət və mübarizə olduğunu bildirib.

Əl-Aləm kanalının bildirdiyinə görə, Əli Əkbər Vilayəti Fələstin xalqı və Qüdsün müdafiəsini bir zərurət adlandırıb və deyib: Fələstin xalqı müqavimət və mübarizə sayəsində sionistlər üzərində dəyərli qələbələr əldə edib. Bu, sionistlər üçün bir dərs olmalıdır.

İnqilab Rəhbərinin müşaviri həmçinin deyib: Aydın olan bir məsələ var. O da müqavimətin hər gün daha da genişlənməsi və güclənməsidir.

Mahmud Əz-Zəhar da bu görüşdə İran xalqı və hökumətinin Fələstin xalqına olan dəstəyini yüksək qiymətləndirib və deyib: İslami oyanış genişlənməkdədirvə heç şübhəsiz Fələstin qələbə çalacaq.