İran prezidenti Tehran və Ankara arasında imzalanmış sənədlərin icrasına təkid etdi
https://azeri.sahartv.ir/news/İran-i330951-İran_prezidenti_tehran_və_ankara_arasında_imzalanmış_sənədlərin_icrasına_təkid_etdi
İran İslam Respublikası prezidenti Həsən Ruhani Tehran və Ankara arasında imzalanmış anlaşma sənədlərinin icrasına təkid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 24, 2018 07:17 Asia/Baku
  • İran prezidenti Tehran və Ankara arasında imzalanmış sənədlərin icrasına təkid etdi
    İran prezidenti Tehran və Ankara arasında imzalanmış sənədlərin icrasına təkid etdi

İran İslam Respublikası prezidenti Həsən Ruhani Tehran və Ankara arasında imzalanmış anlaşma sənədlərinin icrasına təkid edib.

İRNA-nın məlumatına görə, Həsən Ruhani şənbə günü Nazirlər Kabinetinin iclasında Türkiyəyə olan son səfəri zamanı Ankara və Tehran arasında imzalanmış anlaşma sənədlərinin tam formada icra edilməsinə dair göstəriş verib. 

İran prezidentinin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında prezidentin Türkiyəyə olan son səfərinə dair hesabat təqdim edilib və barəsində müzakirə aparılıb. 

İran prezidenti Həsən Ruhani və Türkiyə rəsmiləri ötən həftə Ankarada uzun müddətli və strateji əməkdaşlıqlara dair səhiyyə, ticarət, bank əməkdaşlıqları, sənaye, nəqliyyat, yüklərin daşınması və birgə investisiya layihələrini əhatə edən bir neçə anlaşma sənədi imzalayıblar.