İran prezidenti Ayətullah Şahrudinin vəfat etməsi münasibəti ilə başsağlığı verdi
İran İslam Respublikası prezidenti Həsən Ruhani Quruluşun Məsləhət Şurasının sədri və İranın Məhkəmə Hakimiyyətinin keçmiş başçısı Ayətullah Seyid Mahmud Haşemi Şahrudinin vəfat etməsi münasibətiilə başsağlığı verib.
İran prezidenti Həsən Ruhani başsağlığı müraciətində Quruluşun Məsləhət Şurasının sədrinin vəfat etməsi xəbərindən xeyli narahat olduğunu və kədərləndiyini bildirib və deyib: Ayətullah Haşemi Şahrudi bir çox dəyərli elmi və fiqhi əsərlər yaratmaqla yanaşı, İslam-İran mədəniyyəti və sivilizasiyasının inkişaf etdirilməsi, dini elmlər hövzəsi ilə universitetlər arasında əlaqələrin möhkəmləndirilməsi və humanitar elmlərin inkişaf etdirilməsi yolunda böyük addımlar ataraq, "Ədalət Universitetini" təsis etdi. Bununla da İslam mədəniyyəti və məhkəmə elmlərinin daha artıq inkişaf etməsi yolunda qalıcı və önəmli addım atmış olub.
Ayətullah Seyid Mahmud Haşemi Şahrudi bazar ertəsi günü axşam 70 yaşında vəfat etdi. O, İran İslam Respublikası Quruluşunun Məsləhət Şurasının sədri və Məhkəmə Hakimiyyətinin keçmiş sədri idi.