Dek 27, 2018 11:06 Asia/Baku
  • Qum şəhərində Ayətullah Haşimi Şahrudinin vəfatı mərasimi keçirilib
    Qum şəhərində Ayətullah Haşimi Şahrudinin vəfatı mərasimi keçirilib

İran İslam Respublikası quruluşunun Məsləhət Şurasının mərhum sədri Ayətullah Seyid Mahmud Haşimi Şahrudinin vəfat etməsi münasibəti il Qum şəhərində, Əzəm məscidində İran İslam İnqilabının Böyük Rəhbəri tərəfindən çərşənbə günü axşam anım mərasimi keçirilib.

İRNA-nın məlumatına görə, bu mərasimdə təqlid mərcələri ayətullahlar  Abdullah Cavadi Amoli, Seyid Musəvi Şəbiri Zəncani, Nasir Məkarim Şirazi, İnqilab Rəhbərinin ofisinin sədri höccətülislam vəlmüslimin Məhəmməd Məhəmmədi Qolpayeqani və çoxlu sayda din alimi, nazir və millət vəkili iştirak edib. 

Ayətullah Sistaninin İrandakı nümayəndəsi Seyid Cavad Şəhrestani, İraqın Həşdüşşəbi qüvvələrinin komandan əvəzi Əbu Mehdi Əl-Mühəndis, İraqın Milli Hikmət hərəkatının rəhbəri Seyid Əmmar Həkim habelə, Livan, Pakistan, Əfqanıstan və bir sıra digər İslam ölkəsindən gəlmiş nümayəndələr bu mərasimdə iştirak ediblər. 

Mərasimin natiqi höccətülislam Nasir Rəfiyi mərhum Ayətullah Haşim Şahrudini dərin düşüncəli ruhani və istedad yetişdirən şəxs adlandırıb və deyib: Ayətullah Şahrudi dini elmlər hövzəsində yeni nəzəriyyələrin verilməsində bir əfsanə idi. 

Sabah da İran İslam Respublikası Quruluşunun Məsləhət Şurasının mərhum sədrinin xatirəsinə Tehranda İmam Xomeyni (rə) hüseyniyəsində anım mərasimi keçiriləcək. 

İran İslam Respublikası Quruluşunun Məsləhət Şurasının sədri və İranın Məhkəmə Hakimiyyətinin sabiq sədri Ayətullah Haşimi Şahrudi uzun sürən xəstəliyin ardınca bazar ertəsi günü 70 yaşında vəfat etdi. 

Ayətullah Seyid Mahmud Haşimi Şahrudinin cənazəsi çərşənbə günü Qum şəhərində xanım Məsumənin(s) hərəmində torpağa tapşırıldı. 

Teqlər